MKT İstehsalat Kommersiya (MKT Cotton)

Qaraj müdiri (Ağcabədi)

Ağcabədi, Azərbaycan

26.12.22


Maaş

:

1100 - 1600 AZN / ay

Qeyd

  • Pambıq İstehsalına Nəzarət Şöbəsinin rəisi tərəfindən tələb olunan sifarişlərin vaxtında və keyfiyyətli icra öhdəliyi;
  • Müəssisədə mexanizasiya işlərinin təşkili, idarəedilməsi, nəzarət edilməsi və hesabatlılığın aparılması;
  • Müəssisənin avtopark sahəsinin idarəedilməsi, texnikaların saxlanc sisteminin təşkili,
  • Texnikalardan istifadənin optimallaşdırlması, illik texnoloji xəritənin tərtibi və təkmilləşmə ilə bağlı təkliflərin verilməsi;
  • Texnikaların əsaslı və cari təmir planlarının hazırlanması və icrasına nəzarət.
  • Təmir xərclərin optimallaşdırmasına nəzarət;
  • Tabeçiliytində çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
  • Mexanizasiya şöbəsinin davamlı fəaliyyəti üçün vacib olan ehtiyat hissə, material və s. üçün təchizat planının hazırlanması və proseslərə nəzarət;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini təmin edir, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin olunmasına nəzarət edir;
  • Mexanizasiya idarəsi tərəfindən tətbiq edilən bütün daxili təlimatların, prosedurların və normativ aktların yerlərdə icra edilməsini təmin edir və sonrakı dövrlərdə bu işə nəzarət edir;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir;  
  • Xidmət barədə rəhbərliyə hesabat verir;
  • Bütün fəaliyyətində yüksək etik standardları, məxfiliyi və şəffaflığı qoruyub, saxlayır;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra edir.


Əlavə məlumat:

 

  • Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır;
  • İş qrafiki: Altı günlük iş həftəsi;
  • İş yeri: MKT İK MMC Ağcabədi filialı;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.


Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Qaraj müdiri (Ağcabədi)- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 30.12.22


"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir

Oxşar Elanlar